Ərdoğan Mosul əməliyyatının tarixini açıqladı


20:44     25 Sentyabr 2016 398f04c7d49ae1d332c6968f56a1f82e.jpg

Oktyabrın 19-da İraq ordusu və Şimali İraq Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri (peşmərgə) tərəfindən Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata başlamağı planlaşdırır.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

R. T. Ərdoğan ərəblərlə peşmərgənin bu əməliyyatda həmrəy şəkildə iştirak etməsinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki. Mosul şəhəri və ətrafı 2014-cü ildən İŞİD-in nəzarətindədir.

Femida.az

Açar sözlər:

Oxunub: 1527