Qobustanda 3 uşaq anası özünü niyə asdı? - TƏFƏRRÜAT


18:12     28 Sentyabr 2016 intihar%20qadin84.jpg

Qobustan rayonunda 3 uşaq anasının intiharı ilə bağlı bəzi məqamlar ortaya çıxıb.


Femida.az-ın əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü İntizar Məmmədova müxtəlif xəstəliklərdən əziyyət çəkib, əsasən də vərəmdən. Onun dəhşətli ağrıları olub. Mənbənin bildirdiyinə əsasən, ilkin ehtimala görə 3 azyaşlı övladın anası bu səbəbdən intihar edib.

Qobustan rayon Prokurorluqdan Lent.az-a bildiriblər ki, hadisə sentyabrın 26-da saat 13:10 radələrində baş verib. Hazırda istintaq hərəkətləri aparılır. Hadisə ilə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başladılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2769