ABŞ Suriya ordusuna zərbələr endirəcəyini istisna etmədi


03:59     07 Oktyabr 2016 abs%20suriya8.jpg

Ağ Evin mətbuat katibi Corc Ernest Suriya ordusuna zərbələr endiriləcəyinin istisna edilmədiyini dilə gətirib. O, bununla belə, Suriya ordusuna zərbələrin endirilməsini istisna etməsə də, bunun ABŞ-ın maraqlarına uyğun olacağına şübhə etdiyini qeyd edib.


“Zorakılığın azaldılması və Hələbdəkli vəziyyətin nizamlanması məqsədilə Əsəd rejiminə qarşı hərbi əməliyyatlar, çox guman ki, milli maraqlarımıza zidd olacaq gözlənilməz ciddi fəsadlara gətirib çıxaracaq. Lakin mən hər-hansı imkanların nəzərdən keçiriləcəyini istisna etmirəm”, - deyə Ernest brifinqdə jurnalistlərin müvafiq sualına cavabında bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ mətbuatında Vaşinqtonun Suriya ordusuna zərbələr endirilməsi imkanının nəzərdən keçirdiyinə dair məlumatlar yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1205