Ordumuz düşmənə cavab verdi: Hərbi maşın vuruldu + Yaralı var


16:13     07 Oktyabr 2016 ermeni%20masin3.jpg

Azərbaycan ordusu növbəti dəfə təxribat törədən erməni ordusuna cavab verib.


Femida.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələri “AQS-17” tipli qumbaraatandan qarşı tərəfin hərbi avtomobilinə cavab atəşi açıb.

Hadisə gecə saatlarında baş verib.

Səhər saatlarında isə Azərbaycan tərəfinin cavab atəşi ilə erməni əsgər Ayk Ambartsumyan yaralanıb.

Xatırladaq ki, ötən gün düşmən ordusunun təxribatı nəticəsində ordumuzun əsgəri Sahil Məmmədov şəhid olmuşdu.

Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.










Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 47001