Maşallah Əhmədovun məhkəməsinə jurnalistlər buraxılmadı


16:20     11 Oktyabr 2016 masallah%20ehmedov.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi məhkəmə prosesi başlayıb.


Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi hazırlıq iclası jurnalistlərin iştirakı olmadan keçirilib. Hakim jurnalistlərə deyib ki, tərəflər mətbuat nümayəndələrinin iştirakına razı olmadığı üçün onların iştirakına icazə verilmir.

Qapalı keçirilən iclasda M. Əhmədovun vəkili olmadığından proses oktyabrın 13-nə təxirə salınıb.

Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1111