Mal-qara oğurlayan şəxs tutulub


17:02     17 Oktyabr 2016 hebs%20ol0.jpg

Tovuz rayonunda iribuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb.


Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı rayon ərazisində olan otlaqlardan heyvan oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini 22 yaşlı Nurlan Misirov tutulub. Araşdırma zamanı məlum olub ki, Ağstafadan Tovuzun dağ kəndlərinə dincəlməyə gələn N. Misirov əvvəlcə rayonun Dondar Quşçu kənd sakini Aqil Ələkbərovun 8 baş inəyini örüşdən oğurlayıb. Mal-qaranı Bərdə bazarında 2 min manata satan gənc daha sonra Tovuzun Azaflı kəndində də eyni əməl törədib.

Kənd ərazisində otlaqda bir neçə sakinə məxsus nəzarətsiz olan 7 baş iribuynuzlu heyvanı ərazidən çıxarmağa nail olan N. Misirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1251