Mal-qara oğruları yaxalanıb
23:25 16 Oktyabr 2017
Bir neçə rayonda mal-qara oğruları yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 28-də Qazax rayon sakinləri Paşa Əyyubov və qardaşı Həsən Rayonyun Fərəhli kəndi ərazisindəki otlaq sahəsindən 5 baş inəklərinin oğurlanması barədə verilən məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Əziz Əliyev və qardaşı Kainat tutulublar.
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə oktyabrın 15-nə keçən gecə Samur qəsəbəsindəki evlərdən birinin həyətindən 9 baş qoyunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Rəhim Butayev və Murad Məhsimov tutulublar.
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari il sentyabrın 10-dan oktyabrın 3-dək olan müddətdə rayon ərazisindəki 3 quşçuluq sexindən və 1 fermadan təmir-tikinti alətləri, inşaat materialları və 4900 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər, məhkum olunmuş Elvin Bəydəmirov tutulub.
Femida.az
Oxunub: 746
Oxşar xəbərlər
- Mal-qara və avtomobil oğrusu saxlanılıb - VİDEO
- Mal-qara oğruları tutulub
- Mal-qara kütləvi şəkildə HƏLAK OLDU
- Mal-qara oğruları tutuldu
- Mal-qarası olanlar kredit götürə biləcək - Qanun qəbul edildi
- Mal-qara girov qoyaraq kredit götürmək olacaq
- Mal-qarasını otarmağa getdi - meyiti qayıtdı
- Mal-qara oğruları tutulub
- Mal-qara oğurlayan şəxs tutulub
- Mal-qarası tələf olan kişi özünü zəhərlədi