Mal-qara oğruları tutulub


14:19     02 Noyabr 2017 tutulub7.jpg

Mal-qara oğurluğu edən dəstə üzvləri tutulub.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan məlumat verilib.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlara məxsus mal-qaranı oğurlayıb satmaqla məşğul olan dəstəni saxlayıb. Lerik rayon sakini Məhərrəməli Talıbov Rayon Polis Şöbəsinə müraciət edərək 1 baş inəyinin otlaq sahəsindən oğurlandığını bildirib. Sonra isə rayon sakini Hidayət Zahidov 2 baş, Tərlan Qəribov isə 1 baş inəyinin naməlum şəraitdə itməsi barədə məlumat veriblər.

Aparılan əməliyyat-axtrarış tədbirləri nəticəsində polis vətəndaşlara məxsus mal-qaranı otlaq sahələrindən oğurlayan dəstəni saxlayıb. Onlar Lerik rayon sakinləri Nail Nəsirov, Elvin Hüseynzadə, Nazim Nəsirov və onun qardaşı Razim Nəsirovdur.

Dəstə üzvlərindən üçü – N.Nəsirov, N.Nəsirov və E.Hüseynzadə saxlanılaraq, barələrində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Məlum olub ki, dəstə üzvləri ayrı-ayrı vaxtlarda otlaq sahələrində nəzarətsiz qalan inəkləri oğurlayaraq, öz heyvanları adı ilə satıblar. Oğurlanan inəklər Lənkəran rayonunun Aşağı Nüvədi kəndinə gətirilərək burada ayrı-ayrı şəxslərə satılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 753