Prezident fərman imzalayıb
20:47 19 Oktyabr 2016
Azərbaycanın dövlət dilində hüquqi aktlarının rəsmi qəzetlərdə dərc olunması qaydası müəyyənləşib.
Femida.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304 VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında 18 oktyabr 2016-cı il tarixli fərmanında əksini tapıb.
Fərmana əsasən Konstitusiya, referendumda qəbul edilmiş aktlar, Konstitusiya qanunları, həmçinin onların tətbiqi ilə bağlı Azərbaycan prezidentinin fərman və sərəncamları “Azərbaycan” və “Xalq qəzeti” qəzetlərində, qanunlar və onların tətbiqi ilə bağlı Azərbaycan prezidentinin fərman və sərəncamları “Azərbaycan” qəzetində, Azərbaycan prezidentinin digər fərman və sərəncamları, habelə Nazirlər Kabinetinin qərarları “Xalq qəzeti”ndə dərc olunacaq.
Femida.az
Oxunub: 1060
Oxşar xəbərlər
- Prezident açılışda
- Prezident 4 səfirin etimadnaməsini qəbul edib
- Prezident Ağdama 2 milyon ayırdı
- Prezident icra hakimiyyətlərinə səlahiyyət verdi
- Prezident ARDNF-nin büdcəsini təsdiqlədi
- Prezident şəhidin xanımına “Şöhrət” ordeni verdi
- Prezident üç nəfərə “Dostluq” ordeni verdi
- Prezident Rusiyadadır
- Prezidentin təyin etdiyi fond sədri kimdir? - DOSYE
- Prezidentdən yeni təyinatlar – SİYAHI