Prezident sahibkarları sevindirdi


21:34     19 Oktyabr 2016 53f98b7a7040294f6a7805e022f6f9e4.jpg

“Bu cür təsərrüfatlar ölkədə kənd təsərrüfatının inkişafında mühüm rol oynayır”.


Femida.az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında söyləyib.

Dövlət başçısı deyib ki, bu müəssisədə yetişdirilən kənd təsərrüfatı məhsulları ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verəcək: “Kartof, taxıl və şəkər çuğundurunun əkinin genişləndirilməsi əhəmiyyətlidir. Münbit torpaqlardan səmərəli istifadə etmək vacibdir. Bundan sonra da sahibkarlara dövlət dəstəyi davam etdiriləcək. Kənd təsərrüfatının inkişafı üçün infrastruktur layihələri həyata keçirilir. Bu sırada elektrik enerjisi ilə təminat da diqqət mərkəzində saxlanılır”.

Femida.az

Açar sözlər:

Oxunub: 1317