Azərbaycan İranda beşulduzlu otel tikəcək


01:39     20 Oktyabr 2016 Hotel-reception-bell-620x330.jpg

İran Azərbaycana Ərdəbil vilayətində beşulduzlu otel tikməyi təklif edir.


Femida.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Ərdəbil valisi Məcid Xudabəxş deyib: “İl ərzində bizim vilayətə 4-5 milyon insan gəlir. Hər gün Azərbaycandan Ərdəbilə təxminən 500 nəfər səyahət edir. Bizim 12 min yerlik dördulduzlu otelimiz var, ancaq biz Azərbaycan tərəfinə təklif edirik ki, beşulduzlu otel tiksinlər”.

Onun sözlərinə görə, Azərbaycan hökuməti təkliflə əlaqədar iş adamlarını Ərdəbilə göndərməyi vəd edib.

Açar sözlər:

Oxunub: 1124