İŞİD 284 nəfəri edam edib


13:23     22 Oktyabr 2016 katliam%20daesh.jpg

İraqın Mosul şəhəri ətrafında İŞİD terror qruplaşmasının silahlıları 284 nəfəri edam edib.


Femida.az xəbər verir ki, bu barədə CNN telekanalı İraq təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat verib.

Məlumatda bildirilir ki, edam edilənlər arasında uşaqlar da olub. Silahlılar insanları güllələyərək qətlə yetirib, meyitləri buldozerlə ümumi məzara atıblar. Öldürülənlərin əksəriyyəti kişilərdir.

CNN-in xəbərinə görə, məlumat hələ ki rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2038