Əhalinin gəlirləri artıb
19:45 22 Oktyabr 2016
2016-cı ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin hər nəfərə düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 7,4 faiz artaraq 3403,6 manat və ya ayda orta hesabla 378,2 manat təşkil edib.
Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövrdə əhali tərəfindən əldə edilmiş 32762,5 milyon manatlıq gəlirin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,6 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 29735,4 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3089,1 manat vəsait qalıb.
Oxunub: 1055
Oxşar xəbərlər
- Əhalinin 85.2 faizi İlham Əliyevə səs verməyə hazırdır - SORĞU
- Əhalinin 91.4 faizi prezidentin xarici siyasətini dəstəkləyir
- Əhalinin nominal gəlirləri 8,2 faiz artıb
- Əhalinin banklarda 7 milyarda yaxın əmanəti var
- Əhalinin banklarda nə qədər pulu var?
- Əhalinin gəlirləri artıb
- Əhalinin banklarda nə qədər pulu var?
- Əhalinin sayı açıqlandı - 10 milyona az qaldı
- Əhalinin gəlirləri artıb
- Əhalinin gəlirləri artıb