Türkiyədən şəhid xəbəri gəldi


13:58     23 Oktyabr 2016 224169555ed89d77e66d1441630679_Şehit0.jpg

Türkiyənin Bingöl əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 1 polis ölüb, altısı polis əməkdaşı olmaqla 10 nəfər yaralanıb.



Femida.az -ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Genç rayonunda zirehli polis avtomobilin yanında minalanmış avtomobil partladılıb. Məlumata görə, polis maşını minalanmış avtomobilin yanından keçərkən partladıcı qurğu işə salınıb.

Partlayışın PKK tərəfindən təşkil edildiyi ehtimal olunur. Hadisə baş verdiyi ərazidə axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Açar sözlər:

Oxunub: 1664