Avtobuslar qış rejiminə keçir
01:45 25 Oktyabr 2016
Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma ilə məşğul olan şirkətlərə qış rejiminə keçidlə bağlı məktub göndərəcək.
Femida.az xəbər verir ki, bunu Trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
M.Ağayev bildirib ki, ümumiyyətlə, hər gün avtobuslar xəttə çıxmazdan əvvəl qarajda texniki baxışdan keçməlidir:
“Bu baxış istənilən hava şəraitində olmalıdır. Amma xüsusi olaraq qış rejimi ilə bağlı bütün daşıyıcılara məktub göndəriləcək ki, sərnişindaşımada müntəzəm istifadə etdikləri avtobusları texniki baxımdan qış rejiminə uyğunlaşdırsınlar. Bura təkərlərin dəyişdirilməsi, antifrizn yenilənməsi, avtobusların salonunda isitmə sisteminin sazlığını yoxlamaq və digər zəruri addımlar daxildir”.
Oxunub: 1394
Oxşar xəbərlər
- Avtobuslarda gediş haqqı artırılmayacaq - RƏSMİ
- Avtobuslarda cibgirlik edən şəxslər tutulub
- Avtobuslarında gediş haqqı artırılmayacaq - Rəsmi açıqlama
- Avtobusların hərəkət istiqaməti dəyişir - İslamiadaya görə
- Avtobuslarda 5 yaşadək uşaqlara ödəniş edilməyəcək
- Avtobuslar əvvəlki yoluna qayıtdı
- Avtobusların akkumulyatorları oğurlandı - Sürücülər işə çıxa bilmədi
- Avtobuslar üçün xüsusi zolaqlar yaradılacaq
- Avtobuslar bayraqlarla bəzədilib
- Avtobuslar qış rejiminə keçir