Avtobuslar bayraqlarla bəzədilib


15:17     09 Noyabr 2016 avtobus_70.jpg

Paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirən Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdən biri də vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində milli mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliğidir.


Femida.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Dövlət Bayrağı Gününün digər bayramlar içərisində xüsusi ictimai-siyasi əhəmiyyət daşıdığını, bayrağımızın dövlətimizin və xalqımızın varlığının əsas meyarı olduğunu bir daha cəmiyyətə çatdırmaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyi hər kəs tərəfindən böyük rəğbət və maraqla qarşılanan bu ənənəni əlamətdar gündə də davam etdirir. Ənənəyə uyğun olaraq 9 noyabr Dövlət Bayrağı günü paytaxtın inzibati ərazisində sərnişindaşımada istifadə edilən bütün avtobuslar dövlət bayrağı ilə bəzədilib. Həmçinin avtobus dayanacaqlarındakı monitorlarda və yollardakı elektron informasiya tablolarında vətənpərvərlik mövzusunda, milli mənəvi dəyərlərimizi, dövlətçilik ənənələrimizi tərənnüm edən şüar və təbrik mesajları yazılıb.
Bununla yanaşı Dövlət Bayrağı Günü şəhər sakinlərində xoş ovqat yaratmaq üçün xüsusi aksiya da təşkil edilib. Aksiya çərçivəsində Bakı Nəqliyyat Agentliyinin əməkdaşları “ASAN Könüllüləri” ilə birgə ictimai nəqliyyatda sərnişinlərə "Hər evə bir bayraq" devizi altında dövlət bayrağı hədiyyə edəcək.

Eyni zamanda Avto radio 107.7 FM dalğasında gun boyu vətənpərvərlik mövzusunda olan mahnılar veriləcək.

Açar sözlər:

Oxunub: 1431