Gürcüstanda təkrar seçkilər keçirilir
15:34 30 Oktyabr 2016
Oktyabrın 30-da Gürcüstan parlamentinə seçkilərin ikinci turu keçirilir. İkinci tur 50 majoritar dairədə təşkil olunub. Səsvermə ilə əlaqədar 2229 seçki məntəqəsi yaradılıb. Bu məntəqələrdə 2 milyon 478 min 42 seçici səs verir.
Femida.az AzərTAc-a istinadən xəbər verir ki, seçki məntəqələri səhər saat 8:00-da açılıb. Səsvermə saat 20:00-da başa çatacaq.
Dairələrdə 100 namizədin mübarizə aparacağı gözlənilir.
Seçkilərin ikinci turunu 7 xarici ölkədən 582 jurnalist, 10 beynəlxalq təşkilatdan 221 müşahidəçi izləyir. Yerli müşahidəçilərin sayı isə 12 min 122 nəfərdir.
Gürcüstan Mərkəzi Seçki Komissiyası bəyan edib ki, səsvermənin ilkin nəticələri barədə məlumatlar səsvermə başa çatandan iki saat sonra veriləcək.
İkinci turda namizədlər adi səs çoxluğu ilə qalib hesab ediləcəklər.
Səsvermənin ikinci turu azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı dairədə də keçirilir. Bu dairədə azərbaycanlı, “Vahid milli hərəkat” partiyasının namizədi Əhməd İmamquliyev mübarizə aparır. Onun rəqibi “Gürcü arzusu” partiyasının namizədi Tamaz Naverianidir.
Gürcüstan parlamenti deputatlarının 77-si proporsional sistem, 73–ü isə majoritar qaydada seçilir. Oktyabrın 6-da keçirilmiş birinci turda proporsional sistem üzrə 77 deputat seçilsə də, majoritar dairələrin 50-də namizədlərin heç biri səslərin 50+1 faizini toplaya bilməmişdi. Ona görə də həmin 50 dairədə seçkilərin ikinci turu keçirilir.
Oxunub: 1259
Oxşar xəbərlər
- Gürcüstandan maşın gətirənlər DİQQƏT: “Prikidka” qadağan olundu
- Gürcüstanda Qarabağ şəhidi anılıb
- Gürcüstanda zəlzələ olub
- Gürcüstanda Ermənistan vətəndaşları saxlanıldı
- Gürcüstanda azərbaycanlı cinayətkar dəstə üzvləri tutulub
- Gürcüstanda yeni ombudsman seçilib
- Gürcüstandan Azərbaycana fişəng gətirmək istədi
- Gürcüstanda matəmdir
- Gürcüstanda matəm elan olundu
- Gürcüstanda partlayış - Ölən var