Hakim söyüşlәrә dözmәyib əsəbləşdi


03:37     31 Oktyabr 2016 1ef8249b-aa83-4cb1-9e19-1f3b448eb878.jpg

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının X turu çərçivəsində keçirilən “İnter” – “Sumqayıt” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Femida.az xəbər verir ki, qarşılaşmanın 1-ci hissəsində qapı arxasında dayanan qonaq azarkeşlər oyunun hakimlər briqadasını təhqir edib.

Oyunun baş hakimi Ömər Paşayev 4-cü hakim Yaşar Abbasova bu barədə məlumat verib. Abbasov isə məsələni AFFA nümayəndəsi Ramiz Abdullayevin diqqətinə çatdırıb.

Abdullayev hadisə yerinə yerə gedərək polislərə bununla bağlı iradını bildirib. Azarkeşlər isə hakimləri yox, öz futbolçularını söydüklərini söyləyib. Bunu polislər də AFFA nümayəndəsi ilə söhbətində təsdiqləyiblər.

Açar sözlər:

Oxunub: 1851