SOCAR iki yeni müqavilə imzalayıb


22:11     05 Noyabr 2016 socar%20gurcustanda%20ofis%20acir.jpg

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi Sumqayıtda “Etilen-Polietilen” zavodunun yenilənməsi və rekonstruksiyası çərçivəsində iki yeni müqavilə imzalayıb.



Femida.az-ın məlumatına görə, layihələndirmə, tikinti və satınalma barədə müqavilə İtaliyanın "Technip Italy" şirkəti ilə imzalanıb.

Layihənin idarə olunması ilə bağlı məsləhət xidmətləri barədə müqavilə isə "SOCAR-KBR" birgə müəssisəsi ilə imzalanıb.

Rekonstruksiya layihəsi mərhələli şəkildə 2019-cu ilədək davam edəcək.

Açar sözlər:

Oxunub: 1183