Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi


03:11     09 Noyabr 2016 570e0b43c03c0f1b60a78ea4.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və AK partiyası CHP sədri Kamal Kılıçdaroğlu ilə partiya Məclisinin üzvlərindən “prezidenti təhqir”ə görə məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.


AKP-nin baş katibi Əbdülhəmid Gül Tvitterdə paylaşdığı açıqlamada bildirib ki, CHP Məclisi tərəfindən AKP-yə, prezidentə, millət və ölkəyə qarşı təhqir və yalanlardan ibarət bəyanatlar yayımlanır.

Gül bu təhqir və yalanlara görə hüquq-mühafizə orqanlarına artıq müraciət olunduğunu söyləyib:

“CHP-nin bu cür bəyanatlarına qarşı AKP olaraq Ankara Cümhuriyyət Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişik. CHP terror təşkilatlarının yanında, cümhuriyyətin və xalqın qarşısında dayandıqca bu millətdən lazımı cavabı almaqda davam edəcək”.

Qeyd edək ki, CHP noyabrın 6-da AKP və R. T. Ərdoğan əleyhinə bəyanat yayıb. Həmin bəyanatda deyilirdi:

“FETÖ, PKK və İŞİD terror təşkilatlarına maliyyə yardımı göstərən Saray... və AKP rəhbərləri, demokratiya və ölkəmizin əbədiliyinə qarşı ən böyük təhdiddir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1621