Azərbaycan şərabları Çində nümayiş olunur
02:30 11 Noyabr 2016
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ilk ixrac missiyası Honq-Konqdadır.
İqtisadiyyat Nazirliyindən Femida.az -a verilən məlumata görə, bu gün Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkətin nümayəndəsinin daxil olduğu ixrac missiyası 9-cu “Hong Kong Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi”ndə iştirak edir. Hong Kong Konqres və Sərgi Mərkəzində təşkil olunan və 37 ölkədən mindən artıq iştirakçının qatıldığı sərgidə Azərbaycan üçün pavilyonda yerli şərablarımız nümayiş olunur.
Azərbaycan şirkətlərinin məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Sərgi iştirakçılarına Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsulları barədə məlumat verilib, Azərbaycan haqqında müxtəlif çap materialları təqdim olunub.
Noyabrın 13-15-də isə Azərbaycanın ixrac missiyası Çinin Quancou şəhərində təşkil olunan “Quancou Şərab Sərgisi”ndə iştirak edəcək.
Çinə səfər çərçivəsində Azərbaycan və Çin iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq, ixrac missiyası Çin Xalq Respublikasında yerli distributorlarla, potensial müştərilərlə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar.
Femida.az
Oxunub: 1197
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycan dili dünyanın çətin dillərindən biri seçildi
- Azərbaycan domenində saytların sayı artıb
- Azərbaycana nə qədər turist gəlib? - SON STATİSTİKA
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycan əhalisinin əsas gəlir mənbəyi - Rəsmi Statistika