Bağdadda terror : 2 ölü


23:42     13 Noyabr 2016 bagdad.jpg

Bu gün Bağdad şəhərinin müxtəlif rayonlarında beş partlayış törədilib.


Femida.az -ın məlumatına görə, bu barədə “ Alsumaria” telekanalı məlumat yayıb.

Partlayış nəticəsində ən azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb. İraq paytaxtının Sədr rayonunda yola quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində 3 mülki şəxs yaralanıb. Məhəmməd al-Kasem avtomagistralında mikroavtobusda törədilən partlayışda 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Üçüncü partlayış Bağdadın aş-Şabab rayonunda avtobusda törədilib. Nəticədə 4 nəfər yaralanıb. Al-Obeydi rayonunda törədilən partlayışda isə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Al Jazeera” telekanalı isə öz növbəsində 4 nəfərin öldüyü, 12 nəfərin yaralandığı barədə məlumat yayıb.

Açar sözlər:

Oxunub: 902