Bağdadda toqquşma - 5 nəfər öldü


23:30     11 Fevral 2017 14183500-vzryv-v-bagdade-chislo-zhertv-prevysilo.jpg

Şənbə günü Bağdadda İraq şiələrinin lideri Müqtəda əs-Sədr tərəfdarları ilə polis arasında baş vermiş toqquşma zamanı 5 nəfər ölüb.


Femida.az xəbər verir ki, bu barədə paytaxt qubernatoruna istinadən "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.
Daxil olan məlumata görə, 320 nəfər xəsarət alıb.
Bundan əvvəl toqquşmalar zamanı bir İraq polisinin öldüyü, yeddisinin yaralandığı bildirilmişdi.
Etirazçılar hökumətdən islahatlar aparmağı, korrupsiyaya son qoymağı, həmçinin Mərkəzi Seçki Komissiyasının tərkibinə dəyişikliklər etməyi tələb edirlər.

Açar sözlər:

Oxunub: 1236