Bağdadda terror: 100-ə yaxın insan ölüb


23:37     24 Noyabr 2016 iraq5.jpg

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda baş verən güclü partlayış nəticəsində 80-dən artıq insan həlak olub.


`Reuters`in məlumatına görə, terror aktı Babil vilayətinin inzibati mərkəzi olan Əl-Xilla şəhərində törədilib. Terrorçu-kamikadze minalanmış yük maşınını yanacaqdoldurma məntəqəsində partladıb. Ölənlərin əksəriyyətinin Kərbəla ziyarətindən qayıdan iranlı zəvvarlar olduğu bildirilir.

Hadisəni məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürür.

Femida.az

Açar sözlər:

Oxunub: 1218