Bağdadda bazarda partlayış - 18 nəfər ölüb


17:51     02 Yanvar 2017 image247.jpeg

Bağdadda bazarda partlayış nəticəsində azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb.

Femida.az -ın xəbərinə görə, bu barədə “Reuters” İraq polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, avtomobildə quraşdırılmış partlayıcı qurğu insanların sıx olduğu ərazidə işə salınıb.

Hələlik məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 904