Ana və qızını maşın vurdu


16:40     14 Noyabr 2016 piyada%20qadin.jpg

Sumqayıt şəhərində baş verən qəzanın təffərüatları məlum olub.


Femida.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində şəhər sakinləri Saday Əsədovun idarə etdiyi "Mercedes" və Xıdır Əliyevin idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub.

Nəticədə S.Əsədov idarəetməni itirdiyindən yolun kənarında dayanmış həmyerliləri Sevil Əmirovanı, qızları Sevinci və İlahəni vurub. Sevil Əmirova hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 964