İstanbulda partlayış baş verdi


22:12     14 Noyabr 2016 1479126659.jpg

Türkiyənin İstanbul şəhərinin Maltəpə bölgəsində elektron firmasına gələn paketdə partlayış baş verib.


Partlayışda 3 nəfər yaralanıb. Zümrüdevler məhəlləsində 4 mərtəbəli binadakı elektrik və mühəndislik firmasına gəldiyi irəli sürülən paketin şirkət işçiləri tərəfindən açılmasından sonar partlayış meydana gəlib.

Hadisə yerinə yanğınsöndürmə, tibb briqadaları və polis dəstələri cəlb edilib. Hadisədə yaralanan 3 nəfər ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb.

Polis dəstələrinin partlayışın meydana gəldiyi yerdə araşdırmaları davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 919