Putin Merkelə zəng etdi


03:27     15 Noyabr 2016 merkel-putin_3298973b.jpg

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.



Femida.az -ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Məlumata görə, tərəflər Donbasda atəşkəs rejiminin davamlı şəkildə pozulmasından narahatlığını bildiriblər.

Söhbət zamanı həmçinin Suriya böhranının nizamlanması və bir sıra ikitərəfli məsələlərə toxunulub.

“Almaniya kansleri ilə danışıq zamanı Vladimir Putin Rusiya qazının Ukrayna ərazisi ilə Avropa istehlakçılarına tranzitini müzakirə edib”, Kremlin məlumatında bildirilir.

Açar sözlər:

Oxunub: 1424