SOCAR-da qanvermə aksiyası keçirilib
19:29 15 Noyabr 2016
Bu gün “SOCAR-Tower”də qanvermə aksiyası keçirilib.
Femida.az xəbər verir ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib və ölkənin birinci xanımı hər kəsi talassemiyalı uşaqlara yardım etməyə çağırıb.
Bu tədbirlərin həyata keçirilməsinin təşkilatçılarından Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına “Elmi-Tədqiqat Hematologiya və Transfuzilogiya İnstitutu”, “”Talassemiya Assosiasiyası” SOCAR prezidentinə müraciət edərək, talassemiyalı uşaqlara yardım məqsədilə SOCAR-ın struktur bölmələrində “Donor günü” keçirilməsini xahiş edib.
SOCAR 2009-cu ildən etibarən bu xeyirxah təşəbbüsə qoşulub və ötən müddət ərzində SOCAR-ın çoxminli kollektivi hər il könüllü olaraq talassemiyalı uşaqlar üçün qanvermə aksiyasında həvəslə iştirak edirlər.
İndiyədək SOCAR-ın 27 573 nəfər əməkdaşı bu humanist aksiyada donorluq edərək qan veriblər.
SOCAR-ın Tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə bildirib ki, bu aksiya 2017-ci ilin may ayınadək SOCAR-ın bütün strukturlarında həyata keçiriləcək. O, bu aksiyanın könüllü olduğunu vurğulayıb. F. Əlizadə bildirib ki, bu tədbirdə çoxlu miqdarda qan toplanıb.
Qeyd edək ki, qanvermə aksiyasında SOCAR-ın Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov da iştirak edib.
Femida.az
Oxunub: 1249
Oxşar xəbərlər
- SOCAR-dan itkin düşən əməkdaşı ilə bağlı RƏSMİ AÇIQLAMA
- Benzinin qiyməti ucuzlaşacaq? SOCAR-dan açıqlama
- SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edilib
- SOCAR-da orta aylıq əmək haqqı 8% artıb
- Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağının alışını 9 dəfə artırıb
- "Neft Daşları"ndakı meydança çökdü - SOCAR-dan AÇIQLAMA
- Vergilər Nazirliyinin SOCAR-da yoxlama aparması adi haldır - AÇIQLAMA
- SOCAR-dan benzin və dizellə bağlı vacib AÇIQLAMA
- Qaz bahalaşdı - SOCAR-dan RƏSMİ AÇIQLAMA
- SOCAR-da növbəti təqaüd imtahanları keçirilir