Azərbaycan gümüş, Türkiyə qızıl qazandı


22:12     16 Noyabr 2016 14792930775660325377_1000x669.jpg

Azərbaycanın badminton idman növü üzrə 15 yaşadək gənclərdən ibarət milli komandası (U-15) Şimalı Kiprdə keçirilən beynəlxalq turnirdə ikinci yerə sahib olub.



Femida.az xəbər verir ki, Azərbaycan yığması Girne şəhərində keçirilən “XVI Dr. Fazil küçük idman oyunları” turnirində Türkiyə, Gürcüstan, Makedoniya və Şimalı Kiprin birinci və ikinci komandaları ilə qarşılaşıb.

Yarışda Azərbaycanı gənclərdən ibarət yığma komandanın məqşqçisi Ceyhun Əlizadənin rəhbərliyi altında Nigar Əliyeva, Nazənin Əvesta, Negin Əvesta, Adəm Əliyev, Asiman Məsiyev və Vaqif Səfərzadə təmsil ediblər.

Yarışın nəticələrinə əsasən, Azərbaycan yığma komandası Gürcüstan (3:2), Makedoniya (4:1), Şimalı Kiprin birinci (5:0) və ikinci (5:0) komandaları üzərində qələbə qazanıb. Yalnız finalda Türkiyə komandasına 0:5 hesabı ilə məğlub olan millimiz turnirin gümüş mükafatçısı olub.

Açar sözlər:

Oxunub: 1026