İraqda terror aktı: 16 ölü, 30 yaralı


02:54     18 Noyabr 2016 terror567.jpg

İraqın qərbində toy zamanı törədilən partlayış nəticəsində azı 16 nəfər ölüb, 30-dan çox insan yaralanıb.


Bu haqda İraqın "As-Sumariya" telekanalı məlumat yayıb.

Bildirilir ki, minalanmış avtomobil Bağdaddan 50 km aralı Anbar əyalətinin Əl-Fəluca şəhərinin cənubnda yerləşən Amariya yaşayış məntəqəsindəki toyda partladılıb.

Partlayışa görə məsuliyyəti hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1096