SOCAR Rumıniyada 35-ci yanacaqdoldurma məntəqəsi açdı


22:12     18 Noyabr 2016 socar%20gurcustanda%20ofis%20acir.jpg

Noyabrın 18-də Rumıniyanın İlfov rayonunda SOCAR brendi altında sayca ikinci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.


SOCAR-dan Femida.az-a verilən xəbərə görə, açılış mərasimində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş, Rumıniya Parlamentinin deputatları, Rumıniyanın TRANSGAZ şirkətinin prezidenti İon Sterian, bu ölkədə fəaliyyət göstərən bir çox aparıcı şirkətlərin rəhbərləri, Türk İş Adamları Dərnəyinin nümayəndələri, ``SOCAR Petroleum SA`` şirkətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, habelə yerli KİV nümayəndələri iştirak edib.

Bildirilir ki, yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi ilə Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatıb. Məntəqədə 3 sayğac quraşdırılıb, 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir.

Burada ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.

Açar sözlər:

Oxunub: 1148