Lavrov və Kerri Hələbdəki vəziyyəti müzakirə ediblər


03:30     19 Noyabr 2016 lavrov%20kerri.jpg

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.



Bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

“Ötən gün Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının forumu çərçivəsində baş tutan danışıqların davamı olaraq Suriya böhranı, o cümlədən Hələbin şərq hissəsindəki vəziyyət müzakirə olunub”, məlumatda qeyd edilir.

Açar sözlər:

Oxunub: 1267