Prezident Dövlət Komitəsinə əlavə səlahiyyət verdi


01:56     24 Noyabr 2016 345135_456625serencam%20(2).jpg

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"yə 9.4-1-ci bənd əlavə edilsin.

Həmin bənd komitəyə yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək səlahiyyətini verir.

Femida.az

Açar sözlər:

Oxunub: 1174