Azərbaycan nefti ucuzlaşıb


20:17     26 Noyabr 2016 1452143260_kachalka-neft-oil79.jpg

Dünya birjalarında neft yenidən ucuzlaşıb.


Femida.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,90 dollar azalaraq 46,06 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,76 dollar azalaraq 47,24 dollar olub.

Eyni zamanda "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,25 dollar və ya 2,49% azalaraq 48,92 dollar təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1139