Avtobusla yük maşını toqquşdu: 11 ölü, 22 yaralı


15:22     22 İyul 2015 1578206_20130713155703.gif

Rusiyanın Krasnoyarsk diyarında avtobusun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər ölüb, 22 nəfər xəsarət alıb.


Qəza iyulun 22-də səhər saatlarında baş verib.

Qəza zamanı avtobusda 50 sərnişin olub.

Hadisədən zərər çəkənlər arasında uşaqların da olduğu bildirilir.

Qəza yerinə FH N xilasediciləri və təcili tibbi yardım maşınları cəlb olunub.

Krasnoyarsk qubernatoru Viktor Tolokonski də hadisə yerinə gəlib.

Açar sözlər:

Oxunub: 2822