Azərbaycanla Türkiyə bu sahədə razılaşdı


22:06     29 Noyabr 2016 turkiyeaz.jpg

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi ilə anlaşma memorandumu imzalayıb.


Trend -ın məlumatına görə, Bakıda keçirilən "Bakutel-2016" XXII beynəlxalq sərgisi çərçivsibdə imzalanan memoranduma əsasən tərəflər poçt rabitəsi sahəsində əməkdaşlıq barədə razılıq əldə ediblər.

qeyd edək ki, bu gün Bakıda 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgi və konfransı öz işinə başlayıb. Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib.

Dekabrın 2-dək davam edəcək sərgi və konfransın təşkilatçıları “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləridir.

Bu ilki sərgidə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkəti iştirak edir. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Ənənəvi olaraq, sərgidə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur.

Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmsamlaşdırlması” layihələrinin təqdimatı baş tutacaq. Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayət olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1365