İş adamının ölən oğlu ilə bağlı - YENİ FAKTLAR (Fotolar)


19:22     01 Dekabr 2016 asim%20eliyev%20femida.jpg

İş adamı Nəriman Əliyevin qəfil dünyasını dəyişən oğlu Asim Əliyevlə bağlı Femida.az bəzi faktlar əldə edib.


Belə ki, infarkt keçirən 20 yaşlı Asim Əliyev peşəkar idmançı olub. O universal döyüş üzrə dünya çempionatında iştirak edib.

***

Bakıda tanınmış iş adamının gənc oğlu qəfildən dünyasını dəyişib.

Femida.az xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb.

Belə ki, 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. A.Əliyev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin dediyinə görə, o, infarkt keçirib.

Qeyd edək ki, A.Əliyev "Qarabağ Broyler MMC"-nin və "Şəhriyar" şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqmış. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.

















Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 11989