İsrail Qəzza zolağını atəşə tutub
01:45 31 Dekabr 2017
İsrail fələstinlilərin 3 raketinə cavab olaraq tanklar və təyyarələrlə Qəzza zolağını atəşə tutub. Hücum Fələstin və İsrailin hərbi mənbələri tərəfindən təsdiq edilib.
Femida.az "Amerikanın səsi"nə istinadən bildirir ki, hücumlar prezident Trampın Qüdsü İrailin paytaxtı kimi tanınmasını elan etməsinə etiraz olaraq 4 gündür keçirilən aksiyalardan sonra edilib.
Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı elan etməsi və Amerikanın Tel-Əvivdəki səfirliyini bu şəhərə köçürməsi barədəki qərarını elan etməsindən sonra İsrail Qüdsə əlavə təhlükəsizlik qüvvəsi yeridib.
Trampın qərarı fələstinlilərdən əlavə Yaxşın Şərqdə bir çox ölkə tərəfindən pislənib.
Tramp adminitstrasiyası iki dövlət variantını dəstəklədiyini, lakin səfriliyin Qüdsə köçürülməsinin müzakirələrə mane olmayacağını elan edib.
Bu günkü atəş mübadiləsində tələfat olub-olmadığı barədə məlumat verilməyib.
Femida.az
Oxunub: 1109
Oxşar xəbərlər
- İsrail ordusu Qəzza zolağında əməliyyata başlayıb
- İsrail- Fələstin toqquşması: 2 ölü,689 yaralı var
- İsrail BMT-nin Qüdsə dair qərarını qəbul etmir
- İsrailin Azərbaycandakı səfiri Ağcabədiyə gedib
- İsrailin kəşfiyyat naziri: Livanı yer üzündən silərik!
- İsrailə qarşı böyük müharibə başlayır
- İsrail Qəzzanı bombaladı - ÖLƏNLƏR VAR
- İsrail ordusu Qəzza zolağına zərbə endirib
- İsrail ordusu fələstinlidən üç alma oğurlayan komandiri cəzalandırdı
- İsrail ordusu Qəzzadakı zolağı məhv edib