İnsan alveri qurbanları hara müraciət edə bilər?


21:55     05 Dekabr 2016 qiz%20zorlanma.jpg

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi insan alverinə qarşı mübarizədə müsbət addımlar atır.


Femida.az xəbər verir ki, bunlardan biri qrumun rəsmi saytıdır.

Hər bir Azərbaycan vətəndaşı İnsan Alverinə qarşı Mübarizə İdarəsinin QAYNAR XƏTT xidmətinə (tel: 152 və 562-21-12) müraciət edərək qarşılaşdığı anoloji hadisə barəsində məlumat verə bilər. Qaynar xətt” xidməti həftənin bütün günləri 24 saat ərzində respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.

ONLİNE MÜRACİƏT bölümünə daxil olaraq, qeydiyyatdan keçib elektron şəkildə öz müraciətinizi göndərə bilərsiniz.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyinin qəbuluna elektron yazılma qaydaları isə QƏBULA YAZILMA bölümündə göstərilir.

Axtarışda olan insan alverçilərinin adları isə AXTARIŞDA OLANLAR bölümündə yerləşdirilib.

Açar sözlər:

Oxunub: 1452