Tovuzda qəza: Xəsarət alanlar var


01:59     12 Dekabr 2016 1359952125_qeza-avariya-main.jpg

Bakı-Qazax magistral yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Femida.az xəbər verir ki, APA-nın məlumata görə, hadisə yolun Tovuz rayonun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KİA” və “VAZ2101” markalı avtomobillərin toqquşması nəticəsində Tovuz rayonu, Qovlar şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Ədalət müxtəlif bədən xəsarəti ilə Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Qəza zamanı başqa xəsarət alanlarında olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1132