Bəşər Əsəd vəhhabiliyin təhlükələrindən danışdı


00:17     16 Dekabr 2016 beser%20esed.jpg

Vəhhabiliyin təhlükələrinə diqqət çəkən Suriya Prezidenti Bəşər Əsəd internetin də terrorçulara bu ideologiyanı sərhəd tanımadan yayma imkanı verdiyini bildirib.


Rusiyanın RT telekanalına müsahibə verən Bəşər Əsəd vəhhabiliyi yaymağın ən asan yolunun "mötədil İslam əsasını istifadə etmək olduğunu bildirərək,"Bu ideologiya çox təhlükəlidir. Heç bir coğrafi, ya da siyasi sərhəd tanımır və internet də terrorçulara fikirlərini sürətli və ucuz şəkildə yaymağın vasitələrini təqdim edir", - deyə qeyd edib.

Terrorçuların dünyadakı hər hansı bir ailənin içinə sıza biləcəyini qeyd edən Əsəd "Avropada, sizin və ya mənim ölkəmizdə olmağımız fərq etməz. Onlar hər yerdədirlər", - sözlərini dilə gətirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1393