Qubada qar uçqunu olub


17:16     16 Dekabr 2016 qar%20ucqunu.jpg

Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda qar uçqunu baş verib.


Uçqun yolun 36-cı kilometrliyində qeydə alınıb. Bu səbəbdən yolda hərəkət 20 dəqiqə məhdudlaşıb.

“Azəravtoyol” ASC-nin yerli idarəsinin növbətçi briqadası əraziyə cəlb olunub. Qısa müddətdə yolda hərəkəti bərpa etmək mümkün olub.

Hazırda ərazidə külək müşahidə olunduğu üçün yenidən qar uçqunlarının olma ehtimalı qalır.

Femida.az

Açar sözlər:

Oxunub: 1052