Karlovun öldürülməsini 120 nəfərlik qrup araşdırır


01:14     22 Dekabr 2016 karlov0.jpg

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi faktını 120 nəfərlik qrup araşdıracaq.


Femida.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Andrey Karlovun öldürülməsi ilə bağlı istintaqı türkiyəli səlahiyyətlilərlə birgə icra edən rusiyalı nümayəndə heyəti, hadisə baş verən ərazidə araşdırma aparır.

Hazırda qətlə bağlı birgə araşdırmalar aparılır. Qatilin FETÖ təşkilatı ilə əlaqəsinin olub-olmaması əsas araşdırma mövzularındandır.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada qətlə yetirilib.

Açar sözlər:

Oxunub: 2174