Karlovun qətlini onlar sifariş verib


21:38     12 İyun 2017 karlov-a-saldirida-kostebek-suphesi-2588206.Jpeg

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov Fəthulla Gülən hərəkatının tərəfdarlarının əmri ilə öldürülüb.


Bu barədə Ankara Prokurorluğunun iddianaməsində deyilir.

Prokurorluğun iddiasında bildirilir ki, qətli törədən Mövlud Mərt Altıntaşın təşkilatın 5 üzvü ilə əlaqəsi olub.

Bundan başqa, qatilin Kiprdə otellərin birində fəthullaçılarla görüşdüyü və təlimatları aldığı iddia edilib.

Qeyd edək ki, Rusiyanın səfiri ötən ilin dekabrında Ankarada qətlə yetirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 5736