Karlovun qatili ilə bağlı yeni müəmma - Rus qadınla yazışmaları ortaya çıxdı


14:23     06 Mart 2017 karlov%20qetl.jpg

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu qətlə yetirən çevik polis alayının üzvü Mövlud Mərd Altındaşla əlaqəsi olduğu müəyyən edilən rus qadın Yekaterina saxlanılıb.


Femida.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun qatili Mövlut Mert Altıntaşın noyabr ayı boyunca Yekaterina ilə telefonla danışdığı məlum olub. Yekaterina saxlanılaraq ifadəsi alınıb.

Yekaterina ifadəsində Mövlüt Mert Altıntaş ilə görüşmədiyini, sadəcə, "WhatsApp"la yazışdığını etiraf edib. O, bildirib ki, iki məşhur internet saytı vasitəsi ilə Rusiyadan gətirdiyi qadınları Ankaradakı 5 ulduzlu otellərdə biznesmenlərə "satıb".

O, ifadəsi alındıqdan sonra məhkəmənin qərarı ilə həbs olunub.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 8598