İraqda 455 jurnalist öldürülüb


17:09     27 Dekabr 2016 168136_src.jpg

Son 13 ildə İraqda 455 jurnalist öldürülüb.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, məlumatı İraq Jurnalistləri Həmkarlar Təşkilatı yayıb.

Təşkilatın hazırladığı hesabatda bildirilib ki, qanunların işləmədiyi və hüququn qorunmadığı ölkədə jurnalist peşəsi ilə məşğul olmaq təhlükəlidir:

"Onların təhlükəsizliyinə təmant yoxdur. İraqda jurnalistlər 2016-cı ildə çoxlu faciə ilə üzləşiblər. İl ərzində media nümayəndlərinə qarşı sui-qəsd və ölüm təhdidləri davam edib. Bu il terrorçu İŞİD qruplaşması Mosulda 20 jurnalist qətlə yetirib".

Hesabatda qeyd olunub ki, 2003-cü ildə ABŞ işğalından sonra İraqda davam edən xaotik vəziyyət səbəbindən ölkə jurnalistlər üçün təhlükəli yerlərdən biridir.

Femida.az

Açar sözlər:

Oxunub: 777