Kürdəmirdə qəza: Xəsarət alanlar var


01:38     07 Yanvar 2017 1419625164_qeza-cenubnews-55.jpg

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.


Femida.az xəbər verir ki, APA -nin yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Ağsu- Kürdəmir- İmişli yolunun Kürdəmir rayonunun Sor-sor kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayon sakini 1957-ci il təvəllüdlü Ağa Xanlar oğlu Mirzəyevin idarə etdiyi “QAZ-53” markalı maşınla Ağcabədi rayon sakini 1974-ci il təvəllüdlü Elşad Mamed oğlu Axundovun idarə etdiyi “Mercedes” markali minik maşını toqquşub.

Nəticədə minik maşınının sürücüsü E. Axundov və sərnişini 1976-cı il təvəllüdlü Elnur Surxay oğlu Əliyev müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 863