Kürdəmirdə yaşayış binası yandı


00:36     08 Yanvar 2017 e933d2e976yangin_sivil_sinai.jpg

Kürdəmir rayonunda 45 ailənin yaşadığı binada yanğın baş verib.


Hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb. Beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində məcburi köçkün Azər Məhərrəm oğlu Mehdiyevə məxsus sahəsi 18 kvadratmetrlik 1 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Ev sahibləri işdə olduğundan hadisə barədə ilk olaraq qonşular xəbər tutub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1147