Suraxanıda bir ailə evsiz qaldı


15:29     09 Yanvar 2017 1431007777_yangin-hadisesi-bash-verib.jpg

Bakı şəhəri, Suraxanı rayonunda yanğın hadisəsi qeydə alınıb.


FHN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 80 kv.m sahədə yanıb.

Yanğın zamanı evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 946